Üç bürc ilin son aylarında çox şanslı olacaq

Hazırda oxunan: Üç bürc ilin son aylarında çox şanslı olacaq

646271

Günəşin Oxatan bürcünə keçməsi ilə astrologiya dünyasında kartlar yenidən dəyişir. İlin son həftələrinə qədəm qoyduqca, şans və bolluq simvolu olan Yupiterin dəstəyindən faydalanacaq bürc əlamətləri bəlli olub. 

Bizim.Media ili böyük uğurlar və gözlənilməz fürsətlərlə başa vurmağa hazırlaşan üç bürcü təqdim edir:

İl ərzində təxirə salınan planlar, gerçəkləşməmiş xəyallar və dayanmış münasibətlər üçün çoxdan gözlənilən xoş xəbər dövrü rəsmi olaraq başlayır. Astroloqlar 2026-cı ilin son aylarında taleyinin dəyişəcəyi şanslı bürcləri açıqlayıblar. 

Oxatan: bu yeni dövrdə fürsətlər yağişi

Astroloqlara görə, ilin ən şanslı bürcü kimi seçilən Oxatanlar, hakim planetləri Yupiterin güclü təsiri sayəsində qızıl dövrlərini yaşayırlar.

Günəşin bürclərinə daxil olması ilə Oxatanlar yeni bir dövrə qədəm qoyur və sosial dairələr, səyahət və şəxsi inkişaf sahələrində təxirə salınmış bütün qapılar bir-bir açılır.

Əkizlər: münasibətlər və tərəfdaşliqda əla dəstək

Şanslı bürclər siyahısında olan Əkizlər üçün Oxatan mövsümü son dərəcə aktiv olacaq. Günəş əks bürclərdən keçərkən, tərəfdaşlıq və təkbətək münasibətlər astroloji cəhətdən vurğulanır. 

Əkizlər bürcündən olan fərdlər ilin son aylarında həm peşəkar, həm də şəxsi həyatlarında birlikdə işlədikləri insanlardan güclü dəstək alacaqlar.

Dolça: xəyallar və qazancli komanda işi

İlin son aylarında müsbət nəticələr görəcək digər bir əlamət Dolçadır. Oxatan mövsümünün təsiri ilə Dolçalar dostluq və gələcək hədəflər sahəsində artan fəaliyyətlə qarşılaşacaq, izdihamlı mühitlərdə və yeni tanışlıqlar vasitəsilə böyük fürsətlərdən yararlanacaqlar.

Uzun müddətdir ki, rəfdə saxlanılan layihələri paylaşmaq və komanda olaraq böyümək üçün ideal zamandır. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin