“Ukraynada onlayn seçkilər keçirilə bilər” - Zelenski

Hazırda oxunan: “Ukraynada onlayn seçkilər keçirilə bilər” - Zelenski

646266

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə onlayn seçkilərin keçirilməsi imkanına baxıla biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində danışıb.

Zelenskinin sözlərinə görə, belə bir qərar qəbul edilərsə, parlament müvafiq hüquqi və təşkilati mexanizmlər hazırlamalı olacaq.

Ukrayna lideri hərbçilərin seçkilərin keçirilməsinə qarşı olduğunu da qeyd edib. Bunun səbəbi isə onların səsvermədə iştirak etmək imkanlarının olmamasıdır.

“Əsgərlər seçkilərin keçirilməsinə qarşıdırlar, çünki səs vermək imkanları yoxdur. Milyonlarla insan səngərlərdədir və texniki baxımdan onlar üçün səsvermə təşkil edə bilmirik. Hərbçilərin səs verə bilmədiyi şəraitdə seçkilərin keçirilməsi ədalətsizlikdir”, – deyə Zelenski vurğulayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin