Məzuniyyət günlərinin pulla əvəzlənməsi mümkün olmayacaq?

Hazırda oxunan: Məzuniyyət günlərinin pulla əvəzlənməsi mümkün olmayacaq?

646262

Azərbaycanda işçilərin minimum 21 təqvim günü olan əsas əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinin qadağan edilməsi təklif olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək Məcəlləsinə dəyişiklik layihəsində müddəa nəzərdə tutulub. 
 

Təklifə əsasən, işçilərin istirahət hüququnun təmin edilməsi məqsədilə minimum məzuniyyət müddətinin faktiki istifadə olunması əsas götürülür. Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi isə istisna olaraq saxlanılır.


Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, əsas əmək məzuniyyəti minimum 21 təqvim günü təşkil edir. Əmək şəraiti, iş stajı və digər qanuni əsaslardan asılı olaraq işçilərə əlavə məzuniyyət günləri də verilə bilər.

Məzuniyyət haqqı isə işçinin əvvəlki 12 təqvim ayı üzrə orta əməkhaqqı əsasında hesablanır və məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin