ABŞ-nin dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə qoşulmaq üçün Donald Tramp administrasiyasından ayrılmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Independent” Vaşinqton və Böyük Britaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rubionun bu qərarı aralıq seçkilərdə respublikaçıların ciddi məğlubiyyətə uğraması və Konqresin hər iki palatasına nəzarəti itirməsi ilə əlaqəli ola bilər.
Ehtimal olunur ki, Rubio vitse-prezident Cey Di Venslə mümkün rəqabətdə mövqelərini gücləndirmək üçün Tramp administrasiyasının mübahisəli siyasətindən, xüsusilə İranla müharibədən uzaqlaşmağa çalışacaq.
Bununla belə, Ağ Ev və ABŞ Dövlət Departamenti yayılan məlumatları qəti şəkildə təkzib edərək Rubionun yaxın zamanda vəzifəsindən ayrılacağı ilə bağlı iddiaları əsassız adlandırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:48 / 05.11.2026
Rubio Tramp administrasiyasından ayrıla bilər – İddia
Hazırda oxunan: Rubio Tramp administrasiyasından ayrıla bilər – İddia
Hazırda oxunan: Rubio Tramp administrasiyasından ayrıla bilər – İddia
646248
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































