Paraqvay Prezidenti Santyaqo Penya “Ueno Bank”ın iflasından sonra vəzifəsindən istefa verib. Bankın bağlanması nəticəsində təxminən 3 milyon müştəri öz pullarına çıxış imkanını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, əvvəllər prezidentlə əlaqəli olan bank ciddi maliyyə pozuntularına görə bağlanıb. Bu hadisə ölkədə kütləvi etirazlara və Penyanın hakimiyyətdən uzaqlaşdırılması tələblərinə səbəb olub.
Prezident ölkədə sabitliyin qorunması naminə istefa vermək qərarına gəldiyini bildirib.
Bankın səkkiz rəhbər şəxsi saxlanılıb. Hazırda hakimiyyət orqanları əmanətlərin geri qaytarılması üçün tədbirlər görür.
Bizim.Media

































































































