ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti Vladimir Putinə və Ukrayna Prezidenti Volodimir Zelenskiyə şəxsi məktublar yazaraq Ağ Evdə keçirilən qəbul zamanı hər iki ölkənin nümayəndə heyətlərinə təqdim edib.
Bizim.Media xəbər verir ki, Melaniya Tramp çıxışı zamanı Oleşki şəhərində atəşkəsin əldə olunmasının Putin və Zelenskinin iştirakı olmadan mümkün olmayacağını bildirib.
“Onların əməkdaşlığı bütün regionda sülhün irəliləməsi üçün mühüm presedent yaradır”, – deyə ABŞ-nin birinci xanımı vurğulayıb.
O, həmçinin Oleşkidə humanitar missiyanın hazırlanmasına hələ sentyabr ayında başladığını, oktyabrın 23-də isə Moskva və Kiyevin bununla bağlı müvafiq sazişi iki dildə imzaladığını qeyd edib.
Görüş zamanı Ukraynanın ombudsmanı Dmitri Lubinets Melaniya Trampa I dərəcəli Knyaginya Olqa ordenini təqdim edib.
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev isə humanitar missiyaya göstərdiyi dəstəyə görə ona təşəkkür edib və Oleşkidən olan, hazırda Tuapsedə yaşayan 11 yaşlı qızın çəkdiyi rəsmi hədiyyə verib.
Bizim.Media































































































