Nizami Kino Mərkəzində Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin həyatı və döyüş yolundan bəhs edən “İsmayıl məqamı” sənədli filminin təqdimatı keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, deputatlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Filmin ssenari müəllifi və rejissoru Səməd Mehriban Ağayev bildirib ki, ekran əsərinin çəkilməsinə İsmayılın ailəsi ilə söhbətdən sonra qərar verib. Rejissorun əsas məqsədi şəhidin yalnız döyüş şücaətini deyil, müharibədən əvvəlki həyatını, şəxsiyyətini və xarakterini də tamaşaçılara çatdırmaq olub. 57 dəqiqəlik filmin hazırlanması il yarımdan çox vaxt aparıb.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Fəridə Məmmədova, Tural Xəlil, Ələkbər Babayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:53 / 05.11.2026
“Oğlumla küsülü qaldıq, sağollaşa bilmədik...” – Şəhid İsmayıl Kərimlinin filmə çevrilən həyatı - Video
Hazırda oxunan: “Oğlumla küsülü qaldıq, sağollaşa bilmədik...” – Şəhid İsmayıl Kərimlinin filmə çevrilən həyatı - Video
Hazırda oxunan: “Oğlumla küsülü qaldıq, sağollaşa bilmədik...” – Şəhid İsmayıl Kərimlinin filmə çevrilən həyatı - Video
646220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































