Ukraynadan Azərbaycana idxal olunan kərə tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Belə ki, "Qədiroğlu" MMC tərəfindən idxal edilən, Ukraynanın "Ratnovskiy molokozavod" MMC-də istehsal olunan "Lyuks Golden Ratne 81,5%, 5 kq" əmtəə nişanlı (25.08.2026 - 25.08.2027-ci il istehsal və son istifadə tarixli) kərə tərkibli spred yağı məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müayinələr zamanı məhsul partiyasında uyğunsuzluq aşkar edilib.
Faktla bağlı məhsul partiyasının dövriyyəsinin dayandırılması və geri çağırılması barədə qərar qəbul olunub. Eyni zamanda, istehsalçı müəssisədən ixracın müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması ilə bağlı Ukraynanın müvafiq qurumuna bildiriş göndərilib.
Xatırladaq ki, bundan öncə Ukraynadan idxal olunan "Renet" müəssisəsinin istehsalı olan yağ məhsulunda da uyğunsuzluq (3-monoxlorpropan1,2-diol (3-MCPD)) aşkarlandığı üçün Ukraynanın Ərzaq Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinə müvəqqəti məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair (ixracın dayandırılması) müraciət ünvanlanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:43 / 05.11.2026
Ukraynadan Azərbaycana gətirilən yağda uyğunsuzluq aşkarlandı
Hazırda oxunan: Ukraynadan Azərbaycana gətirilən yağda uyğunsuzluq aşkarlandı
Hazırda oxunan: Ukraynadan Azərbaycana gətirilən yağda uyğunsuzluq aşkarlandı
646169
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































