Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda İtaliyanın “Komo” klubu səfərdə Fransanın “Lans” komandasını darmadağın edib – 9:1.
Bizim.Media xəbər verir ki, Opta statistika portalının məlumatına görə, bununla da “Komo” avrokuboklarda tarixi uğura imza atıb.
İtaliya təmsilçisi 1971-ci ildən bəri avrokuboklarda səfər oyununda 9 qol vuran ikinci komanda olub. Bundan əvvəl bu nailiyyətə 1971-ci ilin sentyabrında Kiprin “Olimpiakos Nikosiya” klubunu 9:0 hesabı ilə məğlub edən “Feyenoord” imza atmışdı.
“Lans” isə 1:9 hesablı məğlubiyyətlə antirekordla üzləşib. Fransa təmsilçisi avrokubokların tarixində evdə bir oyunda 9 qol buraxan ilk “böyük beşlik” liqası klubu olub.
Bizim.Media

































































































