“Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin IV turunda Norveçdə “Vikinq”in qonağı olub.
Stavanger şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv əvvəlki görüşlərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4, Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:2 hesabı ilə uduzub.
“Sabah” Çexiyanın “Slaviya” komandasını isə 2:0 hesabı ilə məğlub edib.
Bakı klubu Çempionlar Liqasında növbəti oyununu noyabrın 25-də Bakıda İspaniya nəhəngi "Barselona"ya qarşı keçirəcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
08:26 / 05.11.2026
“Sabah” “Vikinq” oyununda ən yaddaqalan anlar – Video
Hazırda oxunan: “Sabah” “Vikinq” oyununda ən yaddaqalan anlar – Video
Hazırda oxunan: “Sabah” “Vikinq” oyununda ən yaddaqalan anlar – Video
646078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































