Pakistanın şərqində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 11 nəfər həyatını itirib, daha 33 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Dawn” nəşri məlumat yayıb.
Qəza Pəncab əyalətinin Pakpattan rayonunda, Depalpur avtomobil yolunda baş verib.
Təxminən üç saat davam edən xilasetmə əməliyyatına canlı qüvvə ilə yanaşı, kranlar və digər ağır texnikalar cəlb olunub.
Nəşrin məlumatına görə, yaralılardan səkkizinin vəziyyəti yüngül qiymətləndirilir. Digər 25 nəfər isə Pakpattan rayon xəstəxanasına çatdırılıb.
Bizim.Media

































































































