Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” da dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər.
Həmin şəxslər üçün aşağıdakı sənədlər tələb ediləcək.
– Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);
– Anasının şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);
– Nikahı pozulmuş şəxslərə münasibətdə nikahın pozulması haqqında şəhadətnamə, nikah olmadığı halda atalığın müəyyən edilməsi haqqında şəhadətnamə;
– Atasının şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
– Atasının “məcburi köçkün” vəsiqəsi və ya məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
– 2 ədəd 3×4 ölçüdə rəngli (ağ fonda) fotoşəkil.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:44 / 05.11.2026
Məcburi köçkün statusunun verilməsi qaydası dəyişdi
Hazırda oxunan: Məcburi köçkün statusunun verilməsi qaydası dəyişdi
Hazırda oxunan: Məcburi köçkün statusunun verilməsi qaydası dəyişdi
646224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































