Dövlət Vergi Xidmətində təyinat

Hazırda oxunan: Dövlət Vergi Xidmətində təyinat

646201

Dövlət Vergi Xidmətində yeni təyinat olub.

Bizim.Media xəbər verir ki, Mikayıl Budaqov Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Bəyannamələr idarəsinin rəisi təyin edilib.

O, bu vəzifədə Emil Süleymanovu əvəzləyib.

Qeyd edək ki, Mikayıl Budaqov bundan əvvəl Milli Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil idarəsinin rəis müavini vəzifəsində çalışıb. Daha əvvəl "EY" şirkətində audit sahəsində müxtəlif vəzifələrdə işləyib.

O, 2024-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında müəllim kimi fəaliyyət göstərir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin