Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu

Hazırda oxunan: Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu

646264

“Bavariya” ilə müqaviləsini 2029-cu ilə qədər uzadan Harri Keyn Avropanın ən yüksək ödənişli futbolçusu olub.

Bizim.Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
 

Mənbənin yazdığına görə, İngiltərə millisinin hücumçusunun yeni müqavilə üzrə maaşı “Bavariya” tarixində rekord olacaq. Bu da onu Avropanın ən çox qazanan futbolçusuna çevirəcək. Onun maaşının təxminən illik 25 milyon avro olduğu bildirilib.


Qeyd edək ki, 33 yaşlı Harri Keyn 2023-cü ildən “Bavariya”da çıxış edir. O, iki dəfə Bundesliqanın çempionu olub, Almaniya Kubokunu və iki dəfə ölkə Superkubokunu qazanıb.

Ötə ay isə “Qızıl top” mükafatına layiq görülüb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin