Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus Kriştiano Ronaldonun yığmadakı karyerasını başa vurmaq qərarına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, mütəxəssis "A Bola" nəşrinə açıqlamasında Ronaldunun qərarına hörmətlə yanaşdığını deyib:
“Bu, tamamilə onun şəxsi qərarıdır. Ondan qalmasını və mənimlə işləməyə davam etməsini xahiş etmişdim, çünki ona ehtiyacım var idi. Lakin seçiminə hörmət etməliyəm. Ronaldo dünya futbolunun, Portuqaliyanın və milli komandanın əfsanəsidir. O, uzun illər yığmaya böyük töhfə verib və Portuqaliya gəncliyinin simvoludur. Milli komandamız, xalqımız və tariximiz üçün hər zaman əfsanə olaraq qalacaq”.
Xatırladaq ki, 41 yaşlı Ronaldo bu gün yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:40 / 05.11.2026
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Hazırda oxunan: “Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Hazırda oxunan: “Ronaldodan millidə qalmasını xahiş etmişdim”
646254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































