Poliklinikalarda həkim qəbulu niyə 10 dəqiqəyə endirilib? - TƏBİB-dən cavab

Hazırda oxunan: Poliklinikalarda həkim qəbulu niyə 10 dəqiqəyə endirilib? - TƏBİB-dən cavab

646170

Son zamanlar poliklinikalarda həkim qəbuluna ayrılan vaxtın 30 dəqiqədən 10 dəqiqəyə endirildiyi ilə bağlı vətəndaş şikayətləri səsləndirilir.

Vətəndaşlar daha qısa müddətdə müayinə və konsultasiya olunmalarının tibbi xidmətin keyfiyyətinə təsir göstərə biləcəyindən narahatdırlar.

Bəs 10 dəqiqə bir xəstənin müayinəsi və ətraflı konsultasiyası üçün kifayət edirmi? Qəbul müddəti müəyyənləşdirilərkən xəstənin fərdi vəziyyəti və ehtiyacları nəzərə alınır, yoxsa bütün pasiyentlər üçün vahid vaxt standartı tətbiq olunur?

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində həkimlərin gündəlik iş saatı 6 saat nəzərdə tutulub.

"Müəyyən edilmiş normativlərə əsasən, həkimin 6 saatlıq iş vaxtı ərzində 25 pasiyent qəbul etməsi planlaşdırılır. Bu isə hər bir pasiyentin qəbulu üçün orta hesabla 10-12 dəqiqə vaxt ayrılması deməkdir.

Bununla yanaşı, əlavə müayinələrin və tibbi prosedurların tələb olunduğu, eləcə də pasiyentin sağlamlıq vəziyyətinin fərdi yanaşma tələb etdiyi hallarda qəbul müddəti uzadıla bilər".

Qeyd edilib ki, belə hallarda həkim tərəfindən pasiyentin tibbi vəziyyəti qiymətləndirilir və individual tibbi yanaşma tətbiq olunur.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin