Tramp 35 yaşlı sarışın qadına Ağ Evdə yaşıl işıq yandırdı – İvankanın yerini tutub

Hazırda oxunan: Tramp 35 yaşlı sarışın qadına Ağ Evdə yaşıl işıq yandırdı – İvankanın yerini tutub

646172

ABŞ prezidenti Donald Tramp 35 yaşlı köməkçisi Natali Harpa Ağ Evin şəxsi otaqlarına geniş giriş imkanı yaradıb.

Bizim.Media xəbər verir ki, RadarOnline nəşrinin məlumatına görə, Harp hazırda Oval kabinetdən cəmi bir neçə addım məsafədə, prezidentin şəxsi yemək otağında işləyir.

Bu yaxınlıq artıq Trampın əməkdaşından həddindən artıq asılı olması ilə bağlı müzakirələrə səbəb olub. Mənbələrin iddialarına görə, bu vəziyyət prezidentin ailəsindəki münasibətləri də gərginləşdirib.

The New York Times qəzetinin məlumatına görə, Harpa Oval kabinetin yaxınlığında yerləşən otaqda ayrıca iş yeri ayrılıb. 80 yaşlı prezident adətən burada dincəlir, televizora baxır və telefonla danışır.

Nəşrin məlumatına görə, yemək otağı indi, demək olar ki, müvəqqəti ofisə çevrilib. Məkanın böyük hissəsini çap edilmiş qəzet məqalələri və sənədlər tutur. Ehtimal olunur ki, bunları Ağ Evdə “printer-insan” (The Human Printer) ləqəbi ilə tanınan Harp toplayaraq otağa gətirir. Köməkçi prezidentə KİV materiallarını və sosial şəbəkələrdəki paylaşımları operativ şəkildə təqdim etmək üçün tez-tez özü ilə portativ printer gəzdirir.

Nəşrin yazdığına görə, Harp birbaşa prezidentin masasının arxasında oturmadığı vaxtlarda bu otaqda işləyir.

Mənbələrin iddialarına əsasən, Harpın prezidentə yaxınlığı onun ailəsində, xüsusilə də qızı İvanka Trampla münasibətlərində gərginliyə səbəb olub.

“Natali İvankanın əvvəlki yerini tutub. O, daim Donaldın yanındadır, qulağına nəsə pıçıldayır və diqqətini özünə cəlb edir”, – deyə RadarOnline-a danışan mənbə bildirib.

“Əvvəllər atanın peşəkar həyatında ən vacib sarışın İvanka idi. Amma indi hər şey dəyişib!” – deyə nəşrin həmsöhbəti əlavə edib.

Mənbələrin sözlərinə görə, İvankanı təkcə Harpın atasına təsiri deyil, həm də onun xarici görünüşü qıcıqlandırır. Rob Shuter’s Naughty But Nice nəşrinə danışan mənbənin iddiasına görə, prezidentin qızı köməkçinin onun üslubunu təqlid etməyə çalışdığını düşünür.

“Saçlarının sarı olması, geyimi, cazibədar görünüşü. Əvvəlcə atasının yanında İvankanın yerini tutdu, indi isə onun xarici görünüşünü də təqlid edir!” – deyə mənbə bildirib.

Prezident isə ictimai çıxışlarına əsasən, Harpa xüsusi münasibətini gizlətmir. O, bu yaxınlarda Nebraska ştatının Qrand-Aylend şəhərində keçirilən seçki mitinqlərindən birində köməkçisini səhnəyə dəvət edib və onu ABŞ-ın məşhur televiziya şousu “The Price Is Right”ın modelinə bənzədib.

Tramp köməkçisini “ideal insan” adlandırıb və hətta zarafatla onların ünsiyyətinin ayrıca televiziya şousu üçün əsas ola biləcəyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin