Pensiyası 1200 manatdan az olanlara ŞAD xəbər

Hazırda oxunan: Pensiyası 1200 manatdan az olanlara ŞAD xəbər

646181

Növbəti ildən pensiyalar artırılacaq. Amma bu dəfə artım fərqli formada həyata keçiriləcək.

Yəni bütün pensiyalar eyni formada artırılmayacaq.

Bəs, yeniliyin hədəfi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, “Əmək pensiyaları haqqında” qanununa edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib və cənab Prezident imzaladıqdan sonra qüvvəyə minəcək:

“Yeni dəyişikliklərə əsasən növbəti ildən indeksləşdirmə mexanizmi dəyişdiriləcək. Belə ki, orta aylıq əmək haqqına yaxın, yəni 1200 manatadək pensiya alan vətəndaşların pensiyaları tam olaraq indeksləşdiriləcək. Bu da o deməkdir ki, vətəndaşımızın pensiya məbləği 1200 manatadəkdirsə, o zaman 2026-cı ildəki orta aylıq əmək haqqındakı artıma uyğun olaraq pensiyalar da artırılacaq.

Əgər vətəndaşın pensiyası 1200 manatdan çox, 5 min manatdan azdırsa bu halda 0.5 əmsalı, 5 min manatdan yüksək olduğu halda isə 0.2 əmsalından istifadə olunacaq. Bu da indeksləşdirməyə diferensial yanaşmadır. Beləliklə də, növbəti ildə pensiyanın indeksləşdirilməsinə diferensial tətbiqi  müşahidə edəcəyik.

Nəticədə, gələn ildən az pensiya alan vətəndaşların pensiyasında daha çox artım müşahidə ediləcək. Daha yüksək pensiya alan vətəndaşlarda isə artım nisbətən az olacaq.

Burada məqsəd az pensiya alan vətəndaşlarımızla, daha çox pensiya alan vətəndaşlarımız arasındakı vəsait fərqini minimumlaşdırmaqdır. Beləliklə, növbəti ildən az pensiya alan vətəndaşlarımızın pensiyasında daha çox artım olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin