Türkiyədə son dövrlərdə Azərbaycanla münasibətlərdə yaranan soyuqluğun səbəbləri ilə bağlı sorğu keçirilib.
Bizim.Media xəbər verir ki, sorğuda iştirak edən vətəndaşların əksəriyyəti Azərbaycanın mövqeyinin haqlı olduqlarını qeyd ediblər.
Sorğu iştirakçılarından biri Türkiyənin Azərbaycanın daxili işlərinə qarışmağa haqqının olmadığını vurğulayıb:
“Onlar bizim daxili işlərimizə qarışmır. Gördünüz, İlham Əliyev TDT-nin toplantısına gəlmədi. O haqlı idi”.
Digər bir Türkiyə vətəndaşı isə Prezident İlham Əliyevin uğurlu siyasətindən danışıb:
“O adam (İlham Əliyev) alnından öpüləcək şəxsdir. Bizə də Türkiyəni Ərəbistan çöllərinə aparanların yerinə, ölkəmizi xilas edəcək belə bir lider lazımdır”.
Başqa bir sorğu iştirakçısı isə Türkiyədəki cəhaləti tənqid edib:
“Mədəni olaraq biz Azərbaycanla çox yaxınıq. Bu səbəbdən, din mövzusunu əsas gətirib münasibətlərimizi pozmağımız bizim özümüzə etdiyimiz pisliyin onlara da sirayət etməsinə səbəb ola bilər. Lənət olsun cəhalətə! Yaşasın, dünyəvi Türkiyə, dünyəvi Azərbaycan!”.
Sorğu iştirakçılarından biri isə “Mən Azərbaycanda iki il yaşamışam. Onların iqtisadiyyatı bizdən daha yaxşıdır”, - deyə qeyd edib.
Daha bir Türkiyə vətəndaşı isə İlham Əliyevin siyasətini təqdir edib:
“Halal olsun ona, bizimkilər kimi deyil. Hər şeyə etiraz edə bildi. Onu təbrik edirəm”.
Daha ətraflı videoda:
Bizim.Media

- A-
- A
- A+
Region
09:47 / 05.11.2026
Türkiyədə sorğu: “Azərbaycanın daxili işlərinə qarışmağa haqqımız yoxdur” – Video
Hazırda oxunan: Türkiyədə sorğu: “Azərbaycanın daxili işlərinə qarışmağa haqqımız yoxdur” – Video
Hazırda oxunan: Türkiyədə sorğu: “Azərbaycanın daxili işlərinə qarışmağa haqqımız yoxdur” – Video
646100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































