“Rusiya Prezidenti Vladimir Putin istədiyi təqdirdə hərbi əməliyyatları dayandırmaq mümkündür”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenski İspaniyada keçirilən İbero-Amerika Sammitində çıxışı zamanı Xerson vilayətinin işğal altındakı Oleşki şəhərində həyata keçirilən humanitar əməliyyatdan danışıb.
O qeyd edib ki, əməliyyat zamanı ərazidə əsl sakitlik hökm sürüb və heç bir hücum qeydə alınmayıb.
Ukrayna lideri vurğulayıb ki, Putin hərbi əməliyyatların dayandırılmasını istəyəndə bu, baş verir:
“Eyni vəziyyət Rusiyanın əsirliyində saxlanılan insanlarımızla da bağlıdır. Putin onların geri qayıtmasını istəyəndə onlar evlərinə dönürlər. Rusiyanın oğurladığı uşaqlarımıza da eyni sözləri aid etmək olar”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:49 / 05.11.2026
Zelenski: “Putin istəyəndə hərbi əməliyyatlar dayandırılır” - Video
Hazırda oxunan: Zelenski: “Putin istəyəndə hərbi əməliyyatlar dayandırılır” - Video
Hazırda oxunan: Zelenski: “Putin istəyəndə hərbi əməliyyatlar dayandırılır” - Video
646255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































