Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib.
Bizim.Media bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqusunda mal müşayiət sənədlərində qeyd olunmayan ümumilikdə 10 adda 480 ədəd tibb sahəsində istifadə olunan mallar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:41 / 05.11.2026
Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alındı
Hazırda oxunan: Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alındı
Hazırda oxunan: Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alındı
646205
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































