İspaniya çempionu “Barselona” braziliyalı hücumçu Rafinya ilə müqavilənin müddətini uzatdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, 29 yaşlı futbolçunun Kataloniya klubu ilə yeni müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədə olacaq.
Rafinya 2022-ci ildən “Barselona”da çıxış edir. O, cari mövsümdə 13 oyun keçirib, 19 qol vurub və komandanın ən yaxşı bombardiri olub.
Transfermarkt portalı braziliyalı futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.
Bizim.Media
































































































