Azərbaycan radiosunun ilk qadın redaktoru və ilk qadın reportyoru Məryəm Zöhrabova (Zöhrabbəyova) 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin Azərbaycan radiosunun 100 illik yubileyi və radio işçilərinin peşə bayramı münasibətilə imzaladığı sərəncama əsasən, Məryəm Zöhrabova ölkədə medianın inkişafında xidmətlərinə görə mükafata layiq görülüb.
Qeyd edək ki, 1930-cu ildə dünyaya gələn Məryəm Zöhrabova Şuşanın tanınmış Zöhrabəyovlar nəslindəndir.
O, məşhur tacir Abbasqulu bəyin qızıdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ailə məcburən soyadındakı “bəy” ifadəsindən imtina edib. Abbasqulu bəyin evi müsadirə olunub, ailəsi isə Bakıya köçməli olub.
Məryəm xanım orta təhsilini Bakının 7 nömrəli məktəbində alıb. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. Həmin ildən Azərbaycan radiosunda redaktor kimi fəaliyyətə başlayıb.
Uzun illər radio sahəsində çalışan Məryəm Zöhrabova Azərbaycanın ilk qadın reportyoru və ilk qadın redaktoru kimi tarixə düşüb.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:20 / 05.11.2026
Prezidentin təltif etdiyi Məryəm Zöhrabova kimdir? – Dosye
Hazırda oxunan: Prezidentin təltif etdiyi Məryəm Zöhrabova kimdir? – Dosye
Hazırda oxunan: Prezidentin təltif etdiyi Məryəm Zöhrabova kimdir? – Dosye
646215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































