Böyük Britaniyanın Baş naziri Endi Börnhem 2027-ci ildə Mançesterdə keçiriləcək G20 sammitinə Rusiya Prezidenti Vladimir Putini dəvət etməyi planlaşdırmır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Economist”in jurnalisti Hyuqo Qay “X” sosial şəbəkəsində yazıb.
Rusiya prezidentinin sammitə dəvət olunub-olunmayacağı ilə bağlı birbaşa suala Börnhem qısa şəkildə “Xeyr” cavabını verib.
Bundan əvvəl, oktyabr ayında ABŞ Prezidenti Donald Tramp Putinin bu il ABŞ-da keçiriləcək G20 sammitinə gəlib-gəlməyəcəyi ilə suala dəqiq cavab verməmişdi. Ancaq o, sözlərinə Rusiya prezidentini görməkdən məmnun olacağını da əlavə etmişdi.
“Böyük iyirmilik” ölkələrinin liderlərinin görüşü dekabrın 14-15-də Mayamidə keçiriləcək.
Mançesterdə keçiriləcək sammitin isə 2027-ci il noyabrın 27-28-də baş tutması planlaşdırılır. “Böyük iyirmilik”in İngiltərə şəhərində toplanacağı barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.
Britaniya Baş nazirinin Ofisi bu məlumatı nəşrə birbaşa təsdiqləməyib. Bununla belə, qurumdan bildirilib ki, Endi Börnhem Trampla söhbəti zamanı onu artıq Mançesterə dəvət edib. ABŞ Prezidenti isə bu təklifdən yararlanmaq istədiyini bildirib.
Böyük Britaniyanın Baş naziri vəzifəsinə qədər Börnhem 2017-ci ildən Mançesterin meri olub.
G20-nin əvvəlki sammiti 2025-ci ilin noyabrında Cənubi Afrikada keçirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:39 / 05.11.2026
Putin gələn il G20 sammitində iştirak etməyəcək – Baş nazir onun gəlişinə “yox” dedi
Hazırda oxunan: Putin gələn il G20 sammitində iştirak etməyəcək – Baş nazir onun gəlişinə “yox” dedi
Hazırda oxunan: Putin gələn il G20 sammitində iştirak etməyəcək – Baş nazir onun gəlişinə “yox” dedi
646216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































