Prezident İlham Əliyev 4 noyabr 2026-cı il tarixində atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası 2028–2035-ci illər üçün Milli Fəaliyyət Planının layihəsini 2027-ci il noyabrın 1-dək hazırlayaraq dövlət başçısına təqdim etməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Milli Fəaliyyət Planı çərçivəsində əsas çirklənmə mənbələrinin qiymətləndirilməsi, atmosferə atılan zərərli maddələrin azaldılması, hava keyfiyyətinin monitorinqinin və rəqəmsal nəzarətin təkmilləşdirilməsi, eləcə də ictimaiyyətin məlumatlara çıxışının genişləndirilməsi nəzərdə tutulur.
Həyata keçiriləcək tədbirlər insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsinə, hava keyfiyyətinin yaxşılaşdırılmasına və iqlim dəyişmələrinə dayanıqlılığın artırılmasına xidmət edəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:50 / 05.11.2026
Hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq
Hazırda oxunan: Hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq
Hazırda oxunan: Hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq
646197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































