Elçin Yusubova qarşı 15 milyonluq korrupsiya iddiası...

Hazırda oxunan: Elçin Yusubova qarşı 15 milyonluq korrupsiya iddiası...

646175

Prezidentin sabiq xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad edildikdən sonra onun fəaliyyəti ilə bağlı maliyyə araşdırmalarına başlanılıb.

Bizim.Media Gününsəsi.info-ya istinadla xəbər verir ki, Xankəndi, Ağdərə və Xocalıda təmir, abadlıq və tikinti işləri üçün ayrılmış dövlət vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verildiyi üzə çıxıb.

İlkin məlumatlarda həmin layihələr çərçivəsində təxminən 15 milyon manat vəsaitin mənimsənilməsi ehtimalından bəhs edilir.

Məlumata görə, Elçin Yusubov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də məhz bu araşdırmalar çərçivəsində çağırılıb.

Bildirilir ki, onun rəhbərlik etdiyi dövrdə həyata keçirilən tikinti və abadlıq layihələri, ayrılmış vəsaitlərin təyinatı üzrə istifadəsi və görülmüş işlərin həcminin yoxlanıldığı bildirilir.

Məlumatda Elçin Yusubovdan başqa Xüsusi Nümayəndəliyin mühasibinin, habelə adıçəkilən rayonlarda təmir-tikinti işləri aparan MMC-lərin rəhbərlərinin də dindirildiyi deyilir.

Qeyd edək ki, Elçin Yusubov 22 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin