Qobustanda 5 nəfər göbələkdən zəhərləndi – Hamısı aayda əməkdaşıdır

Hazırda oxunan: Qobustanda 5 nəfər göbələkdən zəhərləndi – Hamısı aayda əməkdaşıdır

646258

Qobustan rayonunda beş nəfər göbələkdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, zəhərlənən şəxslər rayon sakinləri Miryaqub Bayramov, Zaur İlyasov, Etibar Bağıyev, Səfərxan Baloğlanov və Ağa Ağayevdir.

Onların Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.

İlkin məlumata görə, zəhərlənən şəxslər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Regional Yol İstismarı İdarəsinin əməkdaşlarıdır. Ehtimal olunur ki, onlar işlədikləri ərazidə yol kənarından topladıqları göbələkləri yeyiblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin