Xetaq Qazyumov: "Güləşçilərimiz göstərməli olduqları mübarizəni nümayiş etdirə bilmədilər”

Hazırda oxunan: Xetaq Qazyumov: "Güləşçilərimiz göstərməli olduqları mübarizəni nümayiş etdirə bilmədilər”

645440

Bu nəticəyə görə kimsə məsuliyyət daşımalıdır. Mən məsuliyyəti öz üzərimə götürürəm. Azərbaycan azarkeşlərindən və idmansevərlərdən üzr istəyirəm.

Bizim.Media  xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Xetaq Qazyumov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yığmanın çıxışını jurnalistlərə şərh edərkən deyib.

Baş məşqçi komandanın nəticələrinin gözləntiləri doğrultmadığını bildirib:

“Federasiya rəhbərliyi ilə danışdıq. Komandamızın çıxışından narazılıq ifadə olundu, iradlar bildirildi. Məşqçilər heyəti bu iradlarla razıdır. Güləşçilərimiz göstərməli olduqları mübarizəni nümayiş etdirə bilmədilər. Bizə bildirilən bütün iradları qəbul edirik və gələcəkdə nöqsanları aradan qaldırmağa çalışacağıq”.

X.Qazyumov federasiyanın yaratdığı şəraitə və ilboyu davam edən məşq prosesinə baxmayaraq, komandanın dünya çempionatında qənaətbəxş nəticə göstərmədiyini qeyd edib:

“Biz daha yüksək nəticələr, xüsusilə qızıl medal gözləyirdik. Lakin bəzi güləşçilərimiz fərdi keyfiyyətlərini nümayiş etdirə bilmədilər. Həlledici görüşlərdə də özlərini göstərə bilməmələri çox təəssüf doğurur. Onlara böyük ümid bəsləyirdik, ciddi hazırlaşırdıq. Komanda ümumilikdə pis hazırlaşmamışdı, lakin idmançılarımız öz imkanlarını göstərə bilmədilər”.

Baş məşqçi uğursuz nəticələrə görə məsuliyyəti öz üzərinə götürdüyünü bir daha vurğulayaraq gələcəkdə səhvlərin aradan qaldırılması və daha yüksək nəticələrin əldə olunması üçün səylərini artıracaqlarını söyləyib.

Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatına noyabrın 1-də yekunlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin