Böyük Qayıdışın növbəti ünvanı - FOTO/VİDEO

Hazırda oxunan: Böyük Qayıdışın növbəti ünvanı - FOTO/VİDEO

645363

Böyük Qayıdışın Ağdam rayonundakı növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq. Hazırda birinci mərhələ üzrə inşa olunan evlərdə tamamlama işləri görülür. Sosial obyektlərin tikintisi davam etdirilir, kənddaxili yollar asfaltlanır. Bütün bunlar Eyvazxanbəylidə sakinlərin qayıdışı üçün hazırlıq işlərinin davam etdiyini göstərir.
 
Bizim.Media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib ki, birinci mərhələ üzrə kənddə ümumilikdə 427 fərdi yaşayış evi inşa olunub.

Evlər ailələrin tərkibi və ehtiyacları nəzərə alınmaqla 1, 2, 3, 4 və 5 otaqlı olmaqla müxtəlif tip və ölçülərdə layihələndirilib.
 
Kəndin yenidən qurulması yalnız yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Təranə Quliyevanın sözlərinə görə layihə üzrə kənddaxili yolların ümumi uzunluğu 13,9 kilometr təşkil edir. Yaşayış məntəqəsində sosial obyektlərin tikintisi də layihənin əsas tərkib hissəsidir.
 

Kənddə 720 şagird yerlik tam orta məktəbin inşası planlaşdırılır ki, bunun 360 yerlik hissəsi birinci mərhələdə, digər 360 yerlik hissəsi isə ikinci mərhələdə həyata keçiriləcək. Bundan əlavə, 120 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi və inzibati bina tikilir.


Eyvazxanbəyli kəndi üzrə nəzərdə tutulan layihələr gələcəkdə müasir infrastruktura malik, rahat və təhlükəsiz yaşayış məntəqəsinin formalaşdırılmasına xidmət edir.


 

Böyük Qayıdışın növbəti ünvanı - FOTO/VİDEO - foto 1
Böyük Qayıdışın növbəti ünvanı - FOTO/VİDEO - foto 2
Böyük Qayıdışın növbəti ünvanı - FOTO/VİDEO - foto 3
Böyük Qayıdışın növbəti ünvanı - FOTO/VİDEO - foto 4
Böyük Qayıdışın növbəti ünvanı - FOTO/VİDEO - foto 5
Böyük Qayıdışın növbəti ünvanı - FOTO/VİDEO - foto 6
Böyük Qayıdışın növbəti ünvanı - FOTO/VİDEO - foto 7
Böyük Qayıdışın növbəti ünvanı - FOTO/VİDEO - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin