Bakıda beynəlxalq elmi forum keçirildi - Foto

Hazırda oxunan: Bakıda beynəlxalq elmi forum keçirildi - Foto

645399

Oktyabrın 31-də və noyabrın 1-də Bakıda “Baku Women’s Cancer Forum” beynəlxalq elmi forumu keçirilib. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli çıxış edərək qonaqları Mərkəzin baş direktoru akademik Cəmil Əliyevin adından salamlayıb, forumun işinə uğurlar arzulayıb və qadınlarda rast gəlinən onkoloji xəstəliklərlə mübarizədə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Forumun elmi proqramı Elmi Komitənin sədri, tibb üzrə fəlsəfə doktoru Sevinc Rəhimzadənin rəhbərliyi ilə hazırlanıb və qadınlarda rast gəlinən onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üzrə aktual məsələləri əhatə edib.

Forumun birinci günündə süd vəzi xərçənginin erkən diaqnostikası, irsi xərçəng riskinin idarə olunması, ginekoloji onkologiyada təhlükəli əlamətlərin vaxtında müəyyən edilməsi, uşaqlıq boynu və endometrium xərçənginin diaqnostika və müalicəsində müasir yanaşmalar, eləcə də onkoloji xəstələrin həyat keyfiyyətinin qorunması kimi aktual mövzular müzakirə olunub.
 

Proqramda, həmçinin yaşlı pasiyentlərdə onkoloji xəstəliklərin diaqnostikası, reproduktiv sağlamlıq və fertilliyin qorunması, menopauza dövründə sağlamlığın idarə olunması məsələlərinə yer ayrılıb.


Noyabrın 1-də Milli Onkologiya Mərkəzində davam edən elmi proqram çərçivəsində kolorektal xərçəngin müalicəsində müasir yanaşmalar, sentinel limfa düyününün biopsiyası, onkologiyada ortopedik və rekonstruktiv cərrahiyyə, nüvə təbabətinin diaqnostika və müalicədə imkanları, süd vəzi və ginekoloji xərçənglərin müalicəsində minimal invaziv texnologiyalar və digər aktual məsələlər üzrə məruzələr təqdim olunub.

Forum qadınlarda onkoloji xəstəliklərin erkən aşkarlanması və müalicəsinin təkmilləşdirilməsi, eləcə də bu sahədə beynəlxalq elmi və klinik əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm platforma rolunu oynayıb.

Bakıda beynəlxalq elmi forum keçirildi - Foto - foto 1
Bakıda beynəlxalq elmi forum keçirildi - Foto - foto 2
Bakıda beynəlxalq elmi forum keçirildi - Foto - foto 3
Bakıda beynəlxalq elmi forum keçirildi - Foto - foto 4
Bakıda beynəlxalq elmi forum keçirildi - Foto - foto 5
Bakıda beynəlxalq elmi forum keçirildi - Foto - foto 6
Bakıda beynəlxalq elmi forum keçirildi - Foto - foto 7
Bakıda beynəlxalq elmi forum keçirildi - Foto - foto 8
Bakıda beynəlxalq elmi forum keçirildi - Foto - foto 9
Bakıda beynəlxalq elmi forum keçirildi - Foto - foto 10
Bakıda beynəlxalq elmi forum keçirildi - Foto - foto 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin