Noyabrın 10-13-də Avropanın bəzi ölkələrində güclü qar yağacağı, qar örtüyünün 50 santimetrə, bəzi yerlərdə isə daha çoxa çatacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, sinoptiklərin proqnozuna görə, ən güclü qar yağışı Alp dağlarında, həmçinin Skandinaviya yarımadasının qərb və şimal bölgələrində, Balkanların dağlıq ərazilərində müşahidə olunacaq.
Xüsusilə Fransa-İtaliya sərhədindən İsveçrənin cənubu və şərqi, İtaliyanın şimalı, Avstriyanın cənubuna qədər uzanan ərazilərdə 10-50 santimetr qar yağa bilər.
Qar yağışı dəniz səviyyəsindən 900-1000 metr yüksəklikdən başlayacaq və güclü çovğunla müşayiət olunacaq. Bu səbəbdən yollarda nəqliyyatın hərəkətində ciddi problemlər yarana bilər.
Polşada isə yaxın günlərdə yağıntının az olacağı, düzənliklərə ilk qarın noyabrın 7-15-də yağa biləcəyi proqnozlaşdırılır.
Bizim.Media






























































































