Monteneqro Türkiyə, Rusiya və Belarus vətəndaşlarına viza tətbiq etdi

Hazırda oxunan: Monteneqro Türkiyə, Rusiya və Belarus vətəndaşlarına viza tətbiq etdi

645355

Monteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün vizasız gediş-gəliş rejimini ləğv edib. Bundan sonra rusiyalılar Balkan ölkəsinə səfər etmək üçün əvvəlcədən viza almalıdırlar.

Bizim.Media xəbər verir ki, yeni qayda Belarus və Türkiyə vətəndaşlarına da şamil olunur.

Rusiya vətəndaşları vizanı Moskva, Sankt-Peterburq və bir sıra digər şəhərlərdəki VFS Global mərkəzlərindən, həmçinin Monteneqronun Moskvadakı səfirliyindən ala bilərlər.

Monteneqroda müvəqqəti yaşamaq hüququ əldə etmiş Rusiya vətəndaşları isə yeni məhdudiyyətdən kənarda qalacaqlar. 2026-cı ilin sentyabrına olan məlumata görə, ölkədə bu statusa malik 17,9 min rusiyalı yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin