ABŞ Prezidenti Donald Tramp gələn həftə İrana qarşı hərbi əməliyyatları bərpa etməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala sərt reaksiya verib.
Bizim.Media xəbər verir ki, Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərin sualını cavablandıran Tramp bunu “axmaq sual” adlandırıb.
MÖVZU İLƏ BAĞLI:
Tramp: ABŞ-ın İranda daha bir-iki hədəfi qalıb
“Bu qədər axmaq sualı niyə verirsiniz, “The New York Times”in jurnalisti? Tutaq ki, bunu planlaşdırıram. Sizə deyərdimmi? Siz soruşursunuz ki, gələn həftə müharibəyə qayıtmağı düşünürəmmi? Tutaq ki, düşünürəm. Sizə deyərdimmi? Tutaq ki, düşünmürəm. Sizə deyərdimmi?” – deyə Tramp bildirib.
Qeyd edək ki, daha əvvəl “Axios” portalı ABŞ Konqresinə aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinin Trampı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə sövq edə biləcəyini yazıb.
Məlumata görə, ABŞ administrasiyasında İrana mümkün hücumlarla bağlı fikir ayrılıqları mövcuddur.
MS NOW telekanalı isə mənbələrə istinadən ABŞ-ın noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən bir gün sonra İrana yenidən zərbələr endirməyə başlaya biləcəyini bildirmişdi.
Bizim.Media





























































































