Göygöldə baş verən yol nəqliyyat hadisəsi sürücünün ölümü ilə nəticələnıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşən yol kənarındakı divara çırpılıb. Qəza zamanı sürücü, 1968-ci il təvəllüdlü Əhliman Qəfərov dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu































































































