Göygöldə avtomobil yol kənarındakı bordürə çırpıldı - Yaralılar VAR

Hazırda oxunan: Göygöldə avtomobil yol kənarındakı bordürə çırpıldı - Yaralılar VAR

645346

Göygöldə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki,  hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı bordürə çırpılıb.

Qəza nəticəsində 2005-ci il təvəllüdlü O. Abbaszadə, T. Məhərrəmov, Ü. Bayramlı və 2004-cü il təvəllüdlü X. İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.


Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin