Müstəqil bloger, siyasi analitik və publisist Albert İsakov Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğal siyasətini, dağıdılmış şəhərləri və doğma yurdlarından qovulmuş yüz minlərlə azərbaycanlının taleyini xatırladaraq, İrəvanın üzr istəmədən Azərbaycanla həqiqi sülhə nail ola bilməyəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, İsakov bu fikirləri yayımladığı videomüraciətdə səsləndirib.
Bloger Ermənistanın siyasi dairələrini və cəmiyyətini ittiham edərək bildirib ki, onlar işğalın nəticələrini etiraf etməli və Azərbaycan xalqından diz çökərək üzr istəməlidirlər.
Analitikin fikrincə, keçmişlə bağlı məsuliyyət qəbul edilmədən və səmimi üzrxahlıq olmadan imzalanan heç bir sənəd davamlı sülhü təmin edə bilməz.
İsakov Ermənistan Konstitusiyasındakı müddəaların sülh prosesinə təsirini və Baş nazir Nikol Paşinyanın sülh təşəbbüsləri ətrafındakı mövqeyini də sərt tənqid edib. O, Paşinyanı vaxt uzatmaqda ittiham edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:46 / 01.11.2026
Albert İsakov Ermənistanı işğalçı adlandırdı: “Kapitulyantlar Azərbaycandan diz çökərək üzr istəməlidir!”
Hazırda oxunan: Albert İsakov Ermənistanı işğalçı adlandırdı: “Kapitulyantlar Azərbaycandan diz çökərək üzr istəməlidir!”
Hazırda oxunan: Albert İsakov Ermənistanı işğalçı adlandırdı: “Kapitulyantlar Azərbaycandan diz çökərək üzr istəməlidir!”
645421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































