Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa noyabrın 1-dən qüvvəyə minib.
Bizim.Media xəbər verir ki, yeni qaydalara əsasən, 15 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdə hesab aça bilməyəcəklər.
Mövcud hesabların yaş yoxlaması isə 2027-ci il martın 31-dək davam edəcək. Keçid dövründə sosial şəbəkə rəhbərlikləri uşaqlara məxsus hesabları mərhələli şəkildə bağlayacaqlar.
Sosial şəbəkələrə giriş üçün istifadəçilər dövlət xidmətləri portalı “e-Devlet” vasitəsilə şəxsiyyətlərini təsdiqləməli olacaqlar. 15–18 yaşlı yeniyetmələrə isə məhdudiyyətlərlə giriş imkanı veriləcək.
Onlar yalnız dostlarının səhifələri ilə yazışa biləcək, canlı yayımlar aça bilməyəcək və böyüklər üçün nəzərdə tutulan reklamları görməyəcəklər.
Qadağanı pozan şəxslər və sosial şəbəkə platformaları üçün sanksiyalar nəzərdə tutulub.
Bizim.Media






























































































