"Kəpəz" evdə növbəti qələbəsini qazandı - Video

Hazırda oxunan: "Kəpəz" evdə növbəti qələbəsini qazandı - Video

645436

Misli Premyer Liqasının X turunda "Kəpəz" evdə "İmişli"yə qalib gəlib.

Bizim.Media  xəbər verir ki, Gəncə stadionunda keçirilən oyun ev sahiblərinin 1:0 hesablı üstünlüyü ilə bitib.

Yeganə qolu 77-ci dəqiqədə Namiq Ələsgərov vurub.

"Kəpəz" 17 xalla turnir cədvəlində beşinci sıraya yüksəlib. "İmişli" isə 10 xalla səkkizincidir.

Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Sabah"ı, "Neftçi" isə "Şamaxı"nı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin