Cütlüklər niyə ayrı yatmalıdır? - Xoşbəxt ailə münasibətinin sirri

Hazırda oxunan: Cütlüklər niyə ayrı yatmalıdır? - Xoşbəxt ailə münasibətinin sirri

645332

Yuxu çatışmazlığı təkcə sağlamlığa deyil, həm də tərəfdaşlar arasındakı münasibətlərin sabitliyinə təsir göstərə bilər.

Bizim.Media xəbər verir ki, bu qənaətə ABŞ-nin Texas Universitetinin tədqiqatçıları 378 cütlük arasında 10 gün ərzində apardıqları müşahidələr nəticəsində gəliblər.

Araşdırma zamanı yuxunun keyfiyyəti ilə cütlüklərin növbəti gün bir-biri ilə münasibətləri arasında əlaqə müəyyən edilib. Belə ki, keyfiyyətsiz və ya tez-tez bölünən yuxudan sonra tərəfdaşlarda əsəbilik, yorğunluq və münaqişəyə meyillilik daha çox müşahidə olunub.

Tədqiqatçılar qadınların yuxu çatışmazlığına daha həssas olduğunu müəyyən ediblər. Onlar həm özlərinin yuxusuz qalmasına, həm də tərəfdaşlarının xoruldaması və tez-tez oyanması kimi yuxu pozuntularına daha kəskin reaksiya verirlər.

Alimlər qeyd edirlər ki, bəzi hallarda ayrı yataqlarda yatmaq cütlüklərdə stressi azalda, hətta emosional yaxınlığı gücləndirə bilər. Getdikcə daha çox ailəli cütlük ayrı yatmağı münasibətlərdə böhran əlaməti deyil, harmoniyanı qorumağın bir yolu kimi qiymətləndirir.

Tədqiqatçılar vurğulayırlar ki, birlikdə yatmağın mütləq zərurət olması ilə bağlı ənənəvi yanaşma dəyişir. Müasir araşdırmalar göstərir ki, münasibətlərin sağlamlığı baxımından yuxunun keyfiyyəti ənənəvi vərdişlərdən daha vacib ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin