Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb - Video

Hazırda oxunan: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb - Video

645403

Fransanın bir neçə şəhərində polislə etirazçılar arasında baş verən şiddətli toqquşmalar nəticəsində azı 60 nümayişçi yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Le Figaro” təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, yaralılardan dördünün vəziyyəti ağırdır. Onların hansı şəraitdə xəsarət aldıqları barədə hələlik ətraflı məlumat verilmir.

Qəzetin istinad etdiyi sənədlərə əsasən, toqquşmalarda 18 polisin yaralandığı bildirilir. Lakin bu statistika dəqiq deyil. Belə ki, təkcə Marsel polis prefekturasının hesabatına görə, şəhərdəki iğtişaşlar və talanlar zamanı 19 asayiş keşikçisi yaralanıb.

Parisdə isə etirazçıların yandırıcı maddələr atması nəticəsində bir neçə jandarm əməkdaşının ciddi yanıq xəsarətləri aldığı da bildirilir.

Şənbə günü ölkə boyu yenidən alovlanan etiraz aksiyalarında gənclər təşkilatlarını və həmkarlar ittifaqlarını birləşdirən qurumun məlumatına görə, təxminən 500 min nəfər qatılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin