Kreml sülh danışıqlarının pozulmasında Ukraynanı günahlandıracaq - ISW

Hazırda oxunan: Kreml sülh danışıqlarının pozulmasında Ukraynanı günahlandıracaq - ISW

645392

Kreml Rusiyanın konstruktiv sülh danışıqlarından imtinasına görə məsuliyyəti Ukraynanın üzərinə qoymağa çalışır.

Bizim.Media xəbər verir ki, Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin qiymətləndirməsinə görə, Moskva Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələrini danışıqlar prosesinə maneə kimi təqdim edir.
 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 30-da Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrdən narazılığını bildirib və Kiyevin danışıqlara hazır olmadığını iddia edib.


ISW isə xatırladır ki, Rusiya özü hər gün Ukraynaya zərbələr endirir və Kreml ABŞ-ın və Ukraynanın enerji infrastrukturu obyektlərinə hücumların dayandırılması ilə bağlı təkliflərini dəfələrlə rədd edib.

Analitiklər bildirirlər ki, Kreml əvvəllər də sülh danışıqlarında irəliləyişin olmamasına görə məsuliyyətdən yayınmaq üçün Ukraynanın real və ya ehtimal edilən zərbələrindən istifadə edib.

Bundan başqa, Moskva Avropa liderlərinin danışıqlarda iştirakına qarşı çıxır. Lavrov avropalıların danışıqlar prosesinə “soxulmağa” çalışdıqlarını bildirib və onların iştirakının məqsədəuyğunluğunu şübhə altına alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin