Niyə bəzi insanlar dilinə içki dəyən kimi “sərxoş” olur? – Səbəbi açıqlandı

Hazırda oxunan: Niyə bəzi insanlar dilinə içki dəyən kimi “sərxoş” olur? – Səbəbi açıqlandı

645298

Alkoqol bir çox insanların gündəlik həyat tərzinin bir hissəsini təşkil edir. Bəzi insanlarsa alkoqoldan qaçır. Daha doğrusu qaçmaq məcburiyyətində qalır. 

Təsadüfi deyil ki, tez-tez belə fikirlər eşidirik ki, “filankəs içə bilmir”, “filankəsin bədəni içki götürmür”. 

Maraqlıdır, niyə bəzi insanlar çox miqdarda spirtli içki qəbul edə bilir, bəziləri isə yox?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan terapevt Əfsanə Bayramova deyib ki, alkoqol bədənimizdə asetalhid deyilən zəhərli bir maddəyə çevrilir:

“Aldehid dehidrogenaza 2 deyilən fermentsə bu zəhərli maddəni parçalayır, neytrallaşdırır. “İçə bilmir” dediyiniz bəzi insanlarda Aldehid dehidrogenaza 2 fermenti zəif çalışır. Bu insanlar azacıq da olsa, spirtli içki qəbul edən kimi allergik reaksiya verir, bədənin müxtəlif yerlərində qırmızı səpkilər, ürəkbulanma, qusma, başgicəllənmə kimi zəhərlənmə-  indoksikasiya kimi əlamətlər meydana çıxır. Çox təəssüf ki, cəmiyyət də bunu zəiflik kimi qəbul edir. 

Təbii ki, həmin insanlar dostların qınağından qurtulmaq üçün təkrar-təkrar içki içməyə cəhd edirlər. Hər dəfə də eyni mənzərə ilə rastlaşırlar. Ona görə də içki məsələsində nə özünüz sərhədləri keçməyin, nə də Aldehid-dehidrogenaza 2  fermenti zəif çalışan insanları içki içməyə məcbur etməyin”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin