Ukrayna Rusiyanın Rostov vilayətində raket istehsalında istifadə olunan “Kamenski” kombinatına zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb. Onun sözlərinə görə, hücum nəticəsində “Pantsir-S2” zenit-raket kompleksi və S-400 “Triumf” sisteminin komanda-qərargah maşını da vurulub.
Zelenski zərərçəkmiş hava hücumundan müdafiə obyektlərinin ümumi dəyərinin təxminən 70 milyon dollar olduğunu bildirib.
Ukrayna lideri zərbələrin dəqiqliyinə görə Ukrayna Təhlükəsizlik Xidmətinin və Müdafiə Qüvvələrinin digər bölmələrinin hərbçilərinə təşəkkür edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:52 / 01.11.2026
Ukrayna Rusiyanın 70 milyon dollarlıq HHM sistemlərini məhv etdi
Hazırda oxunan: Ukrayna Rusiyanın 70 milyon dollarlıq HHM sistemlərini məhv etdi
Hazırda oxunan: Ukrayna Rusiyanın 70 milyon dollarlıq HHM sistemlərini məhv etdi
645396
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































