FSB Moskvada terror hazırlığı ilə bağlı ABŞ-dan məlumat aldığını təsdiqlədi

Hazırda oxunan: FSB Moskvada terror hazırlığı ilə bağlı ABŞ-dan məlumat aldığını təsdiqlədi

645299

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada terror aktının hazırlanması ilə bağlı ABŞ-dən məlumat aldığını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, məlumat tərəfdaşlıq kanalları vasitəsilə Rusiya tərəfinə ötürülüb.

Hazırda Rusiya xüsusi xidmət orqanları daxil olan məlumatla bağlı zəruri tədbirlər həyata keçirir.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin Moskvadakı səfirliyi Rusiyanın paytaxtında yerləşən “Tsaritsıno” muzey-qoruğunda kütləvi insan tələfatı ilə nəticələnə biləcək real təhlükə barədə təcili xəbərdarlıq edib.

Diplomatik nümayəndəlik ABŞ vətəndaşlarını sözügedən muzey-qoruğunu heç bir halda ziyarət etməməyə çağırıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin