Turistlər bu küçədə foto çəkdirmək üçün növbəyə düzülür

Hazırda oxunan: Turistlər bu küçədə foto çəkdirmək üçün növbəyə düzülür

645394

Almaniyanın Reutlingen şəhərində yerləşən Şproyerhofştrasse küçəsinin ən dar hissəsinin eni cəmi 31 santimetrdir və turistlər burada foto çəkdirmək üçün növbəyə düzülürlər.

Bizim.Media xəbər verir ki, Ştutqartdan təxminən 40 kilometr məsafədə yerləşən küçənin uzunluğu 3,8 metrdir.

Onun eni 50 santimetrdən 31 santimetrədək dəyişir. Buna görə də böyüklərin əksəriyyəti buradan çətinliklə keçməli olur.
 

Küçə 1726-cı ildə baş vermiş böyük yanğından sonra şəhərin bərpası zamanı iki binanın arasında yaranıb. 1820-ci ildə isə rəsmi olaraq ictimai küçə kimi tanınıb. 2006-cı ilin fevralında Ginnesin Rekordlar Kitabının nümayəndələri onu dünyanın ən dar küçəsi kimi qeydə alıblar.


Küçə yerli sakinlər üçün də maraqlı bir ölçüyə çevrilib. Bəziləri arıqladıqlarını sübut etmək üçün buradan keçirlər.

Turistlər bu küçədə foto çəkdirmək üçün növbəyə düzülür - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin