400 il əvvəl Şərqi Avropada Kiçik Buzlaşma dövrü yaşanıb

Hazırda oxunan: 400 il əvvəl Şərqi Avropada Kiçik Buzlaşma dövrü yaşanıb

645351

XVII əsrdə Şərqi Avropada ən azı 55 xüsusilə sərt qış qeydə alınıb. Güclü şaxtalar, bol yağıntılar, məhsul qıtlığı, aclıq və taun epidemiyaları ilə müşayiət olunan bu dövr Kiçik Buzlaşma mərhələsi kimi xarakterizə edilir.

Bizim.Media xəbər verir ki, rumıniyalı alimlər yüzlərlə tarixi sənədi araşdıraraq həmin dövrə aid 937 məlumatı təhlil ediblər.

Araşdırmaya görə, 55 sərt qışın 36-sı 1645–1700-cü illər arasında baş verib. Bəzi çaylar və su hövzələri o qədər donub ki, qoşunlar buz üzərindən hərəkət edə bilib.
 

Alimlər temperaturun aşağı düşməsini Günəş aktivliyinin zəiflədiyi və Maunder minimumu adlanan dövrlə əlaqələndirirlər. Tarixi mənbələr XVII əsrdə 20 il ərzində məhsul qıtlığı, 26 halda isə ərzaq qiymətlərinin bahalaşması və aclıq qeydə alındığını göstərir.


Tədqiqat müəllifləri vurğulayırlar ki, böhranın yeganə səbəbi iqlim dəyişiklikləri olmayıb. Müharibələr, siyasi qeyri-sabitlik və sosial bərabərsizlik də əhalinin vəziyyətini ağırlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin