Kanada Trampla razılaşmasa, yeni prezidentin seçilməsini gözləyəcək

Hazırda oxunan: Kanada Trampla razılaşmasa, yeni prezidentin seçilməsini gözləyəcək

645413

Kanadanın Baş naziri Mark Karni Donald Tramp administrasiyası ilə qarşılıqlı faydalı ticarət sazişi əldə edə bilməyəcəkləri təqdirdə, ABŞ-da yeni prezidentin seçilməsini gözləməyə hazır olduqlarını bildirib.

Bizim.Media xəbər verir ki, Karni bu barədə “Politico”ya müsahibəsində danışıb.

O, ABŞ-la razılaşmanın yaxşı nəticə ilə sona çatacağını arzulayıb.
 

Kanada hökumətinin başçısı Vaşinqtonun Rusiya-Ukrayna müharibəsi ilə bağlı dəyişkən siyasətini də tənqid edib. Onun sözlərinə görə, ABŞ-ın Moskvaya qarşı sanksiyalar və Kiyevə müdafiə vasitələrinin tədarükü məsələsindəki qeyri-sabit mövqeyi heç bir fayda vermir.


Karni, həmçinin ABŞ-ın diplomatik təxribatlarından kanadalıların yorulduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin