Putinin xüsusi nümayəndəsi İsveçrədəki iğtişaşları Baydenin üzərinə yıxdı

Hazırda oxunan: Putinin xüsusi nümayəndəsi İsveçrədəki iğtişaşları Baydenin üzərinə yıxdı

645448

Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropada, o cümlədən İsveçrədə baş verən etirazları ABŞ-ın keçmiş prezidenti Co Baydenin hakimiyyəti dövründə yol verilən səhvlərlə əlaqələndirib.

Bizim.Media xəbər verir ki, Dmitriyev bu barədə “X” sosial şəbəkəsində Sürixdə etirazçıların şəhər infrastrukturuna məxsus obyektləri yandırdığını əks etdirən videoya münasibət bildirərkən yazıb.

O, paylaşımında “Avropa Baydenin düşüncə səhvlərinin yığılmış nəticələrindən partlayarkən, hətta İsveçrə də yanır” ifadəsini işlədib.

Məlumata görə, Sürixdə iğtişaşlar oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə şəhərin 4-cü rayonundakı Langştrasse küçəsi ərazisində başlayıb. Etirazçılar yanğınlar törədib, fişənglər, daş və butulkalardan istifadə edərək təcili yardım xidmətlərinin əməkdaşlarına hücum ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin