Oktyabrın 31-də axşam saatlarında ABŞ-ın Alabama ştatının Birmingem şəhərindəki "Legion Field" stadionunun ərazisində baş verən atışma nəticəsində azı bir nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "ABC News" telekanalı polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, doqquz nəfər güllə yarası alıb, onlardan biri ölüb. Daha bir yaralının vəziyyəti kritik qiymətləndirilir.
Polis əməkdaşları hadisə yerində bir neçə odlu silah aşkarlayıblar. Şübhəli şəxs saxlanılaraq dindirilmək üçün polis bölməsinə aparılıb.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
13:39 / 01.11.2026
ABŞ-da stadionda atışma: 1 ölü, 8 yaralı var - Video
Hazırda oxunan: ABŞ-da stadionda atışma: 1 ölü, 8 yaralı var - Video
Hazırda oxunan: ABŞ-da stadionda atışma: 1 ölü, 8 yaralı var - Video
645389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































