Berlində etiraz aksiyaları: 60-dan çox şəxs saxlanıldı - Video

Hazırda oxunan: Berlində etiraz aksiyaları: 60-dan çox şəxs saxlanıldı - Video

645359

Almaniyanın paytaxtı Berlində şənbə günü keçirilən etiraz aksiyaları zamanı 60-dan çox şəxs saxlanılıb, 27 polis əməkdaşı xəsarət alıb.

Bizim.Media xəbər verir ki, Berlin polisi aksiyalar zamanı ümumilikdə 1,5 minə yaxın əməkdaşın təhlükəsizliyin təmin edilməsinə cəlb olunduğunu bildirib.

Brandenburq qapıları yaxınlığında keçirilən gündüz aksiyasında beş etirazçı saxlanılıb. “Gen Z regelt” gənclər təşəbbüsünün çağırışı ilə təşkil olunan tədbir əsasən insidentsiz başa çatıb.

Lakin daha sonra sol radikalların yürüşü zamanı çoxsaylı asayiş pozuntuları qeydə alınıb.
 

Saxlanılan şəxslər əmlaka zərər vurmaq, xəsarət yetirmək, polisə müqavimət göstərmək, silah və partlayıcı maddələrlə bağlı qanunları, eləcə də ictimai asayişi pozmaqda şübhəli bilinirlər.


Qeyd edək ki, etiraz aksiyaları Almaniyanın 30-dan çox şəhərində, o cümlədən Hamburq, Köln, Münhen, Ştutqart və Frankfurtda keçirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin